
İrəvan Universitetinin İranşünaslıq kafedrasının müdiri Vartan Voskanyan deyib: “İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadına bağlı “Telegram” kanalı İranın hərbi texnikasının Azərbaycanla sərhədə doğru hərəkətinin videosunu paylaşıb”.
İran pulları ilə azğınlaşmış erməni “professor” cəfəng açıqlamasına belə davam edib: “Video ilə yanaşı qeyddə bu “süni varlığın” rəsmi adı “Azərbaycan Respublikası” deyil, “Şimali Azərbaycan” vilayəti kimi qeyd edilib. Bu onu göstərir ki, sözügedən Telegram kanalının arxasında duran ən az qüvvə onu (Azərbaycan) İranın gələcək əyaləti kimi görür”.(https://t.me/AzadIranTelegram/90079)