
Bu təşəbbüs, uşaqlara və tələbələrə Türk dilində şeir və nağıl kitablarının verilməsi ilə, ana dilinin öyrənilməsinin və təhsilindəki əhəmiyyətini izah etmək məqsədini daşıyır.
Azərbaycanlılar İran daxilində bir çox hüquqlardan məhrum olduqları kimi, öz ana dillərində təhsil almaq, öz dilində mətbuat və televiziya izləmək və daha bir çox digər hüquqlardan istifadə etmirlər. Hətta bəzi valideynlər öz uşaqlarına Türk adı seçmək hüququndan belə məhrumdur.
21 Fevral tarixini UNESCO, Dünya Ana Dili Günü olaraq qeyd etmişdir ki, bu da ana dilinin tədrisinin əhəmiyyətinə diqqət çəkmək və dövlətləri bu sadə insanlıq hüququnu tətbiq etməyə məcbur etmək məqsədini güdür.