
“Qaşqay Yurd, Azerbaycan Bir ürəkdə bir can” sözləri yazılmış plakatlarda Qaşqay xalqının milli geyini əks olunub.
Xatırladaq ki, ötən həftə Qaşqaylar Şiraz şəhər valiliyi qarşısına toplaşaraq milli geyimlərinin Lurların adına qeydiyyata alınmasına etiraz etmişdilər.
Həmin etirazlarda Qaşqay türkləri “Azərbaycan dəstək” şüarı səsləndirərək Azərbaycan xalqını onları dəstəkləməyə çağırmışdılar.
Qaşqaylar həmin etiraz eyləmində “Qaşqayın geyimi, Qaşqayın qalası”, “Qaşqayın səsi sona qədər birdir-vahiddir” şüarlarını səsləndirmişdilər.