
Parkın salınma tarixi XVIII əsrə, Səfəvilər dövrünə təsadüf edir. Lakin bəzi tarixçilər onun daha əvvəl, təxminən XIV əsrdə hələ Qaraqoyunlu dövründə inşa olunduğunu bildirirlər. Bir başqa fikrə görə, park Səfəvilər dövründə Hindistanla olan dostluq əlaqələrinin nümunəsi olaraq inşa edilib.
Qacarların hakimiyyəti illərində park Qacar şahzadəsi Qəhraman Mirzə tərəfindən yenidən bərpa edilmiş və bura yeni geniş saray əlavə edilmişdi. Günümüzdə restoran kimi fəaliyyət göstərən bu bina gölün mərkəzində yerləşir və quruya uzun bir torpaq yol ilə bağlıdır.