Bu sözləri “Dideban Kuhestan” Assosiasiyasının başçısı və ətraf mühit fəalı Abbas Məhəmmədi deyib.
O, Urmiya gölünün hazırkı durumunun acınacaqlı olduğuna diqqət çəkərək, prosesin belə davam edəcəyi təqdirdə təbiət abidəsinin tamamilə quruyacağı barədə xəbərdarlıq edib.
“Gölə axan çayların qarşısında onlarla bənd tikilib və bu, Urmiya gölünün su ilə təmin olunmasının qarşısını alıb”, – deyə ekoloq bildirib.
Abbas Məhəmmədi son mövsümi yağıntılardan sonra göldə su həcminin nisbi şəkildə artmasını aldadıcı adlandırıb, gölün bərpası üçün həm də bölgədə aparılan qeyri-üsuli və çox su tələb edən məhsulların əkininin dayandırılmalı olduğunu söyləyib.