Azərbaycanİran

Ekoloji problemi ictimailəşdirən milli fəal məhkəməyə verildi

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin "Kave Sodaye Marağa" şüşə zavodu milli fəal Səid Minayini məhkəməyə verib.

Bu barədə fəal sosial media hesabında məlumat yayıb.

Bu, Minayinin zavodun ekologiyanı məhv etməsi ilə bağlı yazıları və paylaşımlarına görədir.

Bundan əvvəl milli fəal “Kave Sodaye Marağa” zavodunun ətraf mühitə, yeraltı su qaynaqlarına və kənd təsərrüfatına vurduğu xəsarətlərlə bağlı materiallar dərc edib.

Qeyd edək ki, bir neçə il əvvəl adı çəkilən zavodda çirkab sularının təmizlənməsi üçün buxarlanma laqonlarının qırılması və tullantı sularının yeraltı su mənbələrinə sızması nəticəsində Binabın 500, Marağanın isə 300 hektar əkin sahəsi məhv olub.

Bundan sonra zavodun fəaiyyəti dayandırılsa da, qısa müddət sonra yenidən fəaliyyətə başlayıb.

Zavodun yaratdığı ekolojiproblem səbəbindən onlarla təsərrüfatçı zərər görüb, zavod və hakimiyyət isə isə onlara kompensasiya ödəməkdən imtina edir.

Related Articles

Bir cavab yazın

Back to top button