Mayın 1-də Qızıl Hİsar həbsxanasından naməlum yerə köçürülən bu dörd nəfər etmədikləri əməlləri etiraf etmələri üçün güclü təzyiq altındadır.
Vəkil Payam Darfaşan daha əvvəl 4 nəfərin “müharibə” ittihamı ilə üzləşdiyini bildirmişdi.
4 məhbusdan biri, 25 yaşlı Milad Armon Azərbaycan türküdür və əslən Meşkinşəhrin (Xiyav) Qoşa kəndindəndir. O, 2022-ci ildən həbsdə saxlanılır, fiziki və ruhi işgəncələrə məruz qalır.