Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Əhməd Nəqibzadə: “İslam Respublikasının süqutu Sovet İttifaqı kimi olacaq”

Tehran Universitetinin təqaüddə olan siyasi elmlər üzrə professoru Əhməd Nəqibzadə “Euronews” saytına müsahibəsində İranın Sovet İttifaqı kimi süqut edəcəyini deyib.

Ekspertin fikrincə, Qərb xüsusilə ABŞ və İsrail böyük və klassik bir müharibəyə girmək əvəzinə mərhələli, ağıllı və hədəfli bir strategiya izləyir. İranın Sovet modeli ilə dağılmasına dair Nəqibzadənin təhlilinə görə, İslam Respublikasının süqutu açıq şəkildə Sovet İttifaqına bənzəyir.

Professor yaxın gələcəkdə İran rejiminin tam çıxılmaz vəziyyətə düşəcəyini proqnozlaşdırıb.

“Düşünürəm ki, bir il sonra bu vaxtlar İran ən çıxılmaz vəziyyətdə olacaq və onun baza və strateji mərkəzləri hədəfə alınacaq”, – deyə, o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button