
O, təxribatı törədənlərin həbsi, onların motivi və dəymiş ziyanın miqdarını açıqlamasa da, yaxın 24 saat ərzində dəymiş ziyanın məbləğinin açıqlanacağını və quyunun yenidən hasilata qayıdacağını bildirib.
Əhvazın cənub-şərqindəki Şadqan yatağı sutkada 110 min barel neft hasil edən ayırma kompleksidir.
Son bir neçə ildə İranda neft, qaz və neft-kimya sənayelərinə artan kiberhücumlar bir çox vaxt İsrailə aid edilir.