Site icon Aznews TV

DÜNYANIN KƏRPİCDƏN TİKİLMİŞ ƏN BÖYÜK GÜNBƏZİ YENİDƏN AÇILIB

Zəngan Ustanı Fərhəngi, Miras,Turizm və Əl-Sənayesi İdarəsinin baş müdiri Əmir Ərcümənd bildirib ki, behdaşti protokollara riayət olunmaqla Zəngan ustanı tarixi binaları və turizm mərkəzlərinin fəaliyyəti ötən ilin İsfənd ayının sonlarında dayandırılıb. Amma Ustan üzrə Korona ilə Mübarizə Sitadının təsvibinə əsasən, yenidən fəaliyyətə başlayıblar. Mərkəzlər və binalar behdaşti protokollara riayət etməli, çevrələrini ziddi-üfuni etməlidirlər. Bu məkanlarda bilet satışı köşklərinin qarşısında, giriş qapılarında və içərilərində insanların toplaşmasının qarşısı alınmalıdır. Sultaniyyə Günbəzində, ustanın tarixi məkanlarında və muzələrində insanların toplaşması sayı təyin olunub və bu saydan çoxa icazə verilməyəcək. Turistlər isə behdaşti təchizatla və fiziki fasiləyə riayət olunaraq Zənganın tarixi binalarını və muzələrini görməyə gedə bilərlər. Zənganın hotellərinin və qalma mərkəzlərinin fəaliyyətləri də yüzdə 50 olaraq yenidən başlanılıb.
Bildirək ki, Zəngan ustanının önəmli tarixi əsərlərindən Sultaniyyə Günbəzi, Zəngan şəhərinin bazarı və came Məscidi, Rəxtşuyxana Məcmuəsi, Əbhər şəhristanında Əhməd Zəhrnuşun Qəbri və Zeyd ül Kəbir İmamzadasıdır.

Exit mobile version