İqtisadiyyatİran

Dünyanın ən böyük digital ərz dəyişmə sistemi qapılarını İranın üzünə bağlayır

Dünyanın ən böyük rəmz-ərz olan “Binance” öz qapılarını iranlı istifadəçilərin üzünə bağlayır.

İranlı istifadəçilərin sistemdən istifadəsinin məhdudlaşdırılmasına ilkin olaraq juən ayının sonu, juiyyə ayının əvvəllərindən başlanılıb.

Belə ki, “Binance” iranlı istifadəçilərin gündəlik ərz əməliyyatlarına verilən qanuni icazəsini azaltmış, eləcə də hesaba pul köçürmə və hesabdan pul çıxarmaya məhdudiyyət qoymuşdu.

İndi isə şirkət bütün iranlı və bir neçə başqa ölkədən istifadəçilərin sistemə girişini tamamilə məhdudlaşdırır. Ancaq onlara hesablarında olan pulları çıxarmaq, eləcə də verdikləri sifarişləri ləğv etmək üçün müvəqqəti icazə müddəti tanınıb.

Bu qərarın İranın çirkli pulların yuyulması və terrorizmə mali dəstək verməklə bağlı FATF layihələrini imzalamaması üzündən meydana çıxdığı düşünülür.

“Binance” şirkəti də bu səbəbdən məcbur qalaraq iranlı istifadəçilərin öz xidmətlərindən istifadəsini məhdudlaşdırmalı olub.

Related Articles

Bir cavab yazın

Back to top button