
Dünyada koronavirusa yoluxanların sayı son 24 saatda 614 mindən çox artıb. Bu barədə Dünya Sağlıq Təşkilatının gündəlik raporunda deyilir.
Məlumata əsasən, ötən 24 saatda 614 570 nəfər koronavirusa yoluxub, 9 396 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 125 160 255, ölənlərin isə 2 748 737 nəfərə çatıb. Qeyd edək ki, Dünya Sağlıq Təşkilatının raporu yalnız rəsmi göstəricilər əsasında hazırlanır.