Bölgə

Dünyada ən çox Əfqanıstanda uşaqlar müharibədən zərər çəkib

2020-ci ildə dünyada uşaq hüquqlarının kobud şəkildə pozulması ilə bağlı 26 425 fakt qeydə alınıb.

2021-ci ilin birinci rübünün ilkin məlumatlarına görə, belə halların sayı bir qədər azalıb, lakin uşaqların oğurlanması və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq hallarının sayı həyəcan verici sürətlə artmaqda davam edib – belə cinayətlər müvafiq olaraq, 50 və 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Bu məlumatı BMT-nin mətbuat xidməti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (YUNİSEF) istinadən yayıb.

Ən çox adam oğurluğu Somali və Konqo Demokratik Respublikasında (KDR) baş verib. Uşaqlara qarşı cinsi zorakılıq hallarının sayına görə Konqo Demokratik Respublikası, Somali və Mərkəzi Afrika Respublikası (CAR) birincidir.

Döyüş əməliyyatlarından ən çox zərər çəkən uşaqların sayı isə Əfqanıstanda aşkarlanıb – 28,5 min. Bu, dünya üzrə belə pozuntuların ümumi sayının 27 faizini təşkil edir. Məktəb və xəstəxanalara edilən hücumların sayına görə Yaxın Şərq və Şimali Afrika ölkələri üstünlük edir.

Yəməndə 2015-ci ilin martından bu günə kimi 10 000 uşaq öldürülüb və ya şikəst edilib. Bu, hər gün ərzində dörd uşağın ölümü deməkdir. Burkina Faso, Kamerun, Kolumbiya, Liviya, Mozambik və Filippində də uşaqlar hər gün əziyyət çəkirlər.

2020-ci ildə müharibədən sonra qalanlar da daxil olmaqla partlayıcı qurğuların işə düşməsi nəticəsində 3,9 mindən çox uşaq həlak və ya şikəst olub.

Qeyd edilir ki, çox vaxt bir qanun pozuntusu digərinə gətirib çıxarır: məsələn, 37 faiz hallarda uşaqlar qaçırılıb, sonra zorla silahlandırılıb. Bu təcrübə xüsusilə Somali, KDR və CAR-da dərin kök salıb.

YUNİSEF dünyadakı bütün münaqişə tərəflərini hərbi əməliyyatlara məruz qalmış uşaqların hüquqlarını qorumaq üçün konkret tədbirlər görmək barədə rəsmən öhdəlik götürməyə çağırıb.

2005-ci ildən bəri münaqişə tərəfləri cəmi 37 belə öhdəlik imzalayıblar ki, bu isə hədsiz aşağı rəqəmdir.

Related Articles

Bir cavab yazın

Back to top button