Dünyaİran

Dünya ölkələri İranın İsrailə həmləsini qınayıb

Dünya ölkələrinın başçıları və rəsmilərinin əksəriyyəti İranın dünən gecə İsrailə geniş miqyaslı PUA və raket həmlələrini qınayıblar.

Co Bayden “X” şəbəkəsində yazıb: “”mən milli təhlükəsizlik komanmla görüşdüm. Bizim İsrailin təhlükəsizliyi qarşısında öhədliklərimiz sarsılmazdır”.

Britaniyanın baş naziri Rişi Sunak həmlə barədə deyib: “İran bir daha sübut etdi ki, at oynatdığı bölgədə çaxnaşma törətmək niyyətindədir”

BMT-nin baş katibi Qutereş həmləni qınayaraq deyib: “qarşıdurmaların gerçək təhlükəsi barədə nigaranam.

Bütün tərəflərdən bölgədə daha iri miqyaslı hərbi toqquşmalarla nəticələnəcək hər hansı hərəkətlərdən çəkinmələrini istəyirəm”.

Avropa İttifaqının Xarici Siyasətlər məsulu Cozep Borel “X” şəbəkəsində yazıb: “İranın bu hərəkəti qabul olunmaz və beynəlxalq qanunların açıqcasına pozuntudur”.

Həmçinin Fransanın xarici işlər naziri Stefan Sjovern həmləni pisləyərək “Fransanın İsrailin təhlükəsizliyi qarşısında öhdəlikli olduğunu” vurğulayıb.

Almaniyanın XİN Analena Berbuk “həmlənin bütün bölgəni anarxiya təhülkəsinə məruz qoyacağını” deyib.

Habelə Kandanın, İspaniya, Portuqaliyanın baş anzirləri də İranın həmləsini bəyanatla qınayıblar.

Latin Amerikanın bir neçə ölkəsi, Çili və Argentina da həmlənin təəssüf doğurucu olduğunu deyərək qınayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button