
O, təhlükəsizlik qüvvələrinin nəzarəti altında döyülərək psixiatriya xəstəxanasına yerləşdirilib.
Təbrizli qızın məhkəmədə qeydiyyatı yoxdur və ona vəkil təyin olunmayıb. Prokurorluqda işin qaldırılmaması ailəni sıxışdırmaq məqsədilə edilir.
Qeyd edək ki, oktyabrın 15-də Təbrizdə məcburi hicab qaydalarını pozduğuna görə “əxlaq polisləri” Röya Zakirini döyüblər.
Buna etiraz edən təbrizli xanım Əli Xameneiyə qarşı şüarlar səsləndirib.
Bundan sonra onu polis təcridxanasına, oradan “Razi” ruhi xəstəxanasına köçürüblər.
Etirazçı xanım yenidən dindirilmək üçün Ruhi Xəstəxanadan təhlükəsizlik təcridxanasına, bir neçə gün dindirildikdən sonra isə yenidən xəstəxanaya qaytarılıb.