ABŞ məhkəməsinin çıxardığı qərara əsasən, ölkə prezidenti Donald Tramp bir sıra xeyriyyə təşkilatlarına 2 milyon dollar pul ödəyəcək.
Aznews.tv xəbər verir ki, buna səbəb Trampın öz siyasi və biznes maraqlarının irəliləməsi üçün aşırı dərəcədə xeyriyyə fondundan istifdə etməsi olub.
Tramp etiraf edib ki, 2016-cı ildə Ayovada toplantılara qatılmadan öncə öz seçici qərargahına veteranlar üçün vəsaitin ylğılması barədə fəaliyyətini Trampın xeyriyyə fondu ilə əlaqələndirməyə icazə vermişdi.
Beləliklə, Trampın fondu ləğv ediləcək, 1,7 milyon dollar civarında olan vəsaitlər isə digər qeyri-kommersiya təşkilatlara veriləcək.
Aznews.tv