Bu barədə analitik yazılar və xəbərlər dərc edən “Axios” saytı adını çəkmədiyi amerikalı rəsmiyə istinadən məlumat yayıb. O bildirib ki, danışıqlarda İran tərəfinin tələsmədiyi, əvvəlki müzakirələr zamanı razılaşdırılmış məsələləri yenidən gündəmə gətirdiyi və yeni məsələlər irəli sürmələri kimi hallar müşahidə olunub. Amerikalı rəsmi sonda qeyd edib ki, aylardır ki, razılaşmanın bərpası İranın qəbul etməli olduğu yekun qərara görə yubanır. Qeyd etmək lazımdır ki, İran Xarici İslat Nazirliyi bu gün yaydığı məlumatda müzakirələrin nəticəsiz qalmasını təkzib edərək danışıqların davam etdiyini iddia etmişdi.