Doğu Azərbaycan Əyaləti əkinçilik Təşkilatının Bağçılıq İşləri müdiri Məhəmməd Bağır Bipərva, Horand Vilayətinin Zəkir kəndində nar yığımı zamanı bu barədə deyib: “Əyalətin nar bağları 505 hektardan çoxdur və 7000 ton məhsul yığılıb. Bu bağlardan 479 hektarı verimli, 26 hektarı isə verimsız bağlardır. Nar bağları Əyalətin 7 vilayəti, o cümlədən Culfa, Xudafərin, Miyana, Horand, Mərənd, Kəleybər və Şəbüstərdədir. Bağların yüzdə 95-i Culfada 295 hektar, Xudafərində isə 186 hektar olmaqla Əyalətdə birinci və ikindi yeri tuturlar. Nar məhsulu, əsasən ölkə daxili bazarlara o cümlədən Əyalətin və qonşu əyalətlərin bazarlarına stılır.”