Azərbaycan

Diplomatik korpus nümayəndələri Ağdama səfər ediblər

Avqustun 31-də Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərinin Ağdama tanışlıq səfəri başlayıb. Səfərə 50-dən artıq ölkə və beynəlxalq təşkilatın 60-a yaxın nümayəndəsi və xarici jurnalistlər qatılıblar.

Diplomatlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib.

İlkin mərhələdə Ağdam-Xankəndi yolu ilə 40 ton un göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button