İran

Davudla Əyyub Şiri Təbrizin Mərkəzi zindamından azad ediliblər

Şəhrivərin 1-i, duz günü Təbrizdən olan fəallar Davudla Əyyub Şiri qardaşları məhkumluq müddətlərinin başa çatması ilə Təbriz zindanından azad olunublar.

Onların dindirilmə müddətində infiradidə saxlanıldıqları günlər həbs müddətindən çıxılıb. Milli fəallar həbsdə olduqları zaman barələrində açılan yeni cürmə görə 100 milyon tümənlik vəsiqə girov qoyublar.

Şiri qardaşları xordad ayının 22-də Təbrizdə Qərarların İcrası Şöbəsinə müraciət etdikdən sonra tutularaq Təbriz zindanına aparılıblar.

Şərqi Azərbaycan əyalətinin Təcdidenəzər Məhkəməsi Əyyub və Davud Şiri barəsində ilkin məhkəmənin çıxardığı 6 ay həbs qərarını təyid edib.

Bildirək ki, Təbrizdən olan milli-mədəni fəallar Davud Şiri və Əyyub Şiri yanacağın bahalaşmasına qarşı başlayan 1398-ci ilin aban etirazlarına qatılmaq ittihamı ilə milli fəallar Ruzbeh Piri, Məhəmməd Mahmudi, Əkbər Muhaciri, Şahin Bərzgər, Yaşar Piri, Nasir Xülusi, Babək Hüseyni Müqəddəm və başqaları ilə birlikdə Təbrizdə tutulublar.

Onlar 100 gün müvəqqəti infiradi həbsdə saxlandıqdan sonra 7 isfənd 1398-ci il tarixdə 600 milyon tümənlik vəsiqə qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmışdılar.

Related Articles

Bir cavab yazın

Back to top button