
Mühacirətdə olan müxalif yönümlü qeyri-hökumət Azərbaycan Öyrənci Hərəkatı təşkilatı tərəfindən verilən məlumata əsasən, çağırış vərəqəsini Seyid Əli Musəvi Ağdam imzalayıb. Bildirilib ki, bu şəxs Güney Azərbaycanın milli fəallarının silsilə həbslərində və onların dindirilməsi zamanı işgəncə verilməsində bilavəsitə rol oynayır.