
Məlumata görə, o, barəsində irəli sürülən “milli təhlükəsizliyə qarşı fəaliyyət” ittihamından özünü müdafiə etmək üçün 5 gün ərzində prokurorluğa getməlidir.
Xatırladaq ki, hüquq fakültəsi öyrəncisi, şair və yazıçı-jurnalist Aydın (Süleyman) Məhəmmədi bu il fevralın 5-də həbs edilərək, bədnam Evin zindanının 209-cu bölməsinə köçürülüb. Bir neçə həftə sonra isə 800 milyon tümən (~16 min ABŞ dolları) ) girov müqabilində zaminə buraxılıb.