Dünyaİran

Dəməşqdə İrana bağlı şəxs öldürülüb

Bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq şəhərinin qərbində yerləşən Məze bölgəsində avtomobil partladılıb.

Bir neçə diplomatik nümayəndəliyin yerləşd bölgədə baş verən partlayış nəticəsində Suriya ordusunun İrana bağlı olduğu deyilən zabiti həlak olub.

Suriyanın rəsmi dövlət mediası hadisəni “terror” adlandırıb, həlak olan zabitin kimliyi barədə açlqkama verməyib.

Suriya İnsan Haqları Müşahidə Qrupu isə hadisə ilə bağlı yaydığı məlumatda İsrailin Suriyaya geniş şəkildə nüfuz etdiyini, İran və Livanın “Hizbullah” terror təşkilatının hərəkətlərini izlədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button