Corc Dik İran səfirinə “peşəkardan pulsuz məsləhət” verdiyini yazıb.
“Ölkəmi məhv etməklə, məni isə ölümlə (bir daha) hədələyəndə ciddi qəbul olunmaq istəyirsənsə, hörümçək toru ilə müqayisədən imtina etməlisiniz. Çünki hörümçək toru poladdan beş dəfə möhkəmdir”, – Cord Dik qeyd edib.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi X sosial şəbəkəsində İsrail səfirinə xitabla, bu sözləri yazmışdı:
“İndiki mərhələdə cəsur HƏMAS döyüşçüləri sizin üçün kifayətdir. Siz hörümçək torundan da zəifsiniz. Unutmayın ki, İran müdaxilə etsə, siz Nil çayında deyil, Aralıq dənizində basdırılacaqsınız. Heç bir xilas yoxdur. Bundan sonra bütün dünya sizə qarşıdır… Müsəlman, igid Azərbaycan xalqı, eləcə də bütün dünya sizə qarşıdır”.
Qeyd edək ki, hörümçək torunun poladdan qat-qat möhkəm olduğunu elm çoxdan sübut edib. Hörümçək torundan karandaş yoğunluqda kəndir hörülərsə, bir sərnişin təyyarəsini havada saxlaya bilər.
Hörümçəklərin ifraz etdiyi, diametri 0.001 millimetrdən daha kiçik olan iplik eyni qalınlıqdakı polad simdən beş dəfə möhkəmdir.