ABŞ prezidenti Donald Trampın məsləhətçisi Con Bolton İranın xarici işlər nazirini “kombinator və maxinator” adlandırıb.
Aznews.tv xəbər verir ki, onun sözlərinə görə Məhəmməd Cavad Zərif “ölkənin qanunsuz rəhbərliyi üçün pərdə rolunu daşıyır”, ən vacib qərarları isə ayətullah Əli Xamnei qəbul edir.
“İran terroru dəstəkləyən bir ölkədir. Bu terrorçuların ümumdünya mərkəzi bankıdır. Onları pul və silahla təmin edir. Bu şübhəsizdir. Və bu bizi İranın nüvə silahına yiyələnmək istəyindən daha çox narahat edir”, – deyə Bolton əlavə edib.
Xatırladaq ki, ABŞ İranın xarici işlər nazirimi “qara siyahıya” salıb.
Aznews.tv