Ağ Evin Milli Əmniyət müşaviri Cek Sallivan Amerika prezidenti Co Baydenin İranın atom proqramı ilə bağlı Amerika ilə Avropa arasında yaranmış “fikir ayrılığını” aradan qaldırmaq üçün avropalı həmkarları ilə lazımi məsləhətləşmələri aparacağını deyib.
Müşavirin sözlərinə görə, bu görüş Co Baydenin Rom şəhərinə “Grup 20”, habelə, “Qlasqoda iqlim dəyişikliyi” toplantılarında iştirakı çərçivəsində baş tutacaq.
Habelə, Cek Sallivan İranın atom danışıqlarını dayandırmasından sonra Amerikanın narahatlığını və məsələnin hələ də diplomasi ilə həll edilməsi üçün bir fürsət olduğunu xatırladıb.
İranın atom müşkülünü həll etmək fürsətinin məhdud olduğunu vurğulayan Sallivan deyib: “Bizim İranın atom proqramına qarşı, şübhəsiz ki, bütün lazımı həll yollarımız var”.