İqtisadiyyatİran

Çinin İrana qarşı müstəmləkə yanaşması: Maye qazı 100 dollar ucuz alır

Çinin İrandan aldığı maye qazın qiyməti Ərəbistanın satdığı qazın qiymətindən 100 dollar ucuzdur.

Çinin İrandan aldığı maye qazın qiyməti Ərəbistanın satdığı qazın qiymətindən 100 dollar ucuzdur.

“Aznews tv” xəbər verir ki, bu barədə “Platts” nəşri adını açıqlamadığı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ötən ay Ərəbistan maye qazının hər bir tonunun qiyməti 710-740 dollar arasında dəyişib. İran isə Çinə böyük miqdarda endirim edərək bu ölkəyə maye qazı həmin məbləğdən 100 dollar ucuz satır.

Qeyd edək ki, İran neft-qazının əsas alıcısı Çindir. Sanksiyalara baxmayaraq Çin hələ də müxtəlif yollarla İrandan bu məhsulları almağa davam edir. Lakin bunun müqabilində İrana pul ödəyib-ödəmədiyi və ya hansı formada ödədiyi bəlli deyil.

Related Articles

Bir cavab yazın

Back to top button