Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Çindən raket yanacağı daşımaqda şübhəli bilinən gəmi Bəndər Abbas limanına yan alıb

 “Newsweek” nəşri “Maritime Executive” saytına istinadən xəbər verib ki, İslam Respublikasının raket proqramı ilə bağlı yükləri daşımaqda ittiham olunan “Jiran” yük gəmisi Çindən çıxdıqdan sonra İran sularına daxil olub və Bəndər Abbasda dayanıb.

Gəmi ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısındadır və İran gəmiçilik şirkətinə məxsusdur.

Fevral ayında Financial Times xəbər vermişdi ki, “Jiran” “Golban” adlı başqa bir gəmi ilə birlikdə min tondan çox natrium perkloratı Çindən İrana daşıyırdı. (Bu kimyəvi maddə bərk raket yanacağının istehsalında istifadə olunur.)

Related Articles

Bir cavab yazın

Back to top button