Bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlər Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində keçiriləcək.
Təlimlər cari il üçün ikitərəfli ordulararası əməkdaşlıq planına uyğun olaraq reallaşacaq.
“Bu, Çin-BƏƏ hava qüvvələrinin ilk təlimidir və iki dövlətin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib”, – məlumatda deyilir.
Bildirilir ki, manevrlər qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə töhfə verəcək. (apa)