Dünya

Çin peykləri sıradan çıxaran silah hazırlayır

Çin düşmən peyklərinə nəzarəti ələ keçirməyə imkan vermək, onların kəşfiyyat aparmaq qabiliyyətini əngəlləmək üçün yeni kibersilah hazırlayır.

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Çinin kibersilahlarının işləmə prinsipi düşmən peykinin operatordan aldığı siqnalı imitasiya etməkdir. Bu saxta siqnalla Çin ordusu ya peyki nəzarətə götürə, ya da onu sıradan çıxara bilər.

Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ da oxşar silahlar yaratmağa başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button