
ANT xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 14 uçuş aparatından 9-u Tayvan boğazının median xəttini keçərək adanın şimal və cənub-qərb hissələrində hava hücumundan müdafiə sistemlərinin radar zonasına daxil olub.
Uçuş aparatları arasında J-16 qırıcıları, Y-8 təyyarələri və digər PUA-ların olduğu barədə məlumat da əlavə edilib.