Dünya

Çin İsraili beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb

Çin Qəzza zolağında poliomielit xəstəliyinin yayılması təhlükəsi fonunda İsraili beynəlxalq humanitar qanunlara riayət etməyə çağırır.

“ANT”CGTN-ə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Fu Tsun Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, poliomielit peyvəndi ilə bağlı kampaniyalara dəstək vermək çox vacibdir: “Humanitar məsələləri siyasiləşdirmək olmaz. Aclıq silah kimi istifadə edilə bilməz. İsrail bütün sərhəd keçidlərini açmalı, yardım karvanlarının sürətli və təhlükəsiz girişini təmin etməlı, BMT və humanitar təşkilatlara məhdudiyyətləri və hücumları dayandırmalıdır. Beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə əməl etməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button