İran

Ciddi mərizlikdən əziyyət çəkən Abbas Lisani mərizxanaya aparıldı

Ərdəbil zindanının 7-ci bölməsində 15 illik həbs cəzasını çəkən siyasi məhbus Abbas Lisani oktyabrın 21-də MRİ testləri üçün klinik mərkəzini aparılıb.

Verilən məlumatlara görə, Abbas Lisanini klinikaya aparılarkən polis və təhlükəsizlik məmurlarından ibarət 3 otomobil onunla bərabər gedib.

Şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisani doktorlarının verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçün silahlı məmurlar ilə Ərdəbilin “Fatimi” mərizxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.

Koronavirus pandemiyası başlayandan İran həbsxanalarında dəfələrlə yoluxma halları görünsə də, məhkəmə sistemi və həbsxana rəsmiləri o cümlədən Abbas Lisanini mürəxəsiyə buraxmaqdan imtina ediblər.

2019-cu ilin juiyyə ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil təcdidnəzər Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Related Articles

Bir cavab yazın

Back to top button