Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın yazılı bəyanatında deyilib.
“İranın İsrailə endirdiyi hava zərbələrindən sonra ABŞ prezidenti Cozef Bayden ölkənin müttəfiqləri və tərəfdaşları, o cümlədən “Yeddilik” qrupu, eləcə də Konqresdəki hər iki partiyanın liderləri ilə birlikdə cavab tədbirləri üçün hərtərəfli plan üzərində işləyir”,- bəyantda bildirilib.
Qeyd olunub ki, , yeni sanksiyalar İranın raket və pilotsuz uçuş aparatları proqramlarını hədəfə alacaq, həmçinin SEPAH və İran Müdafiə Nazirliyinə dəstək verən şirkətlərə qarşı yönələcək.