Site icon Aznews TV

Ceyhun Bayramov Avstriya və Slovakiyaya getdi

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Modern.az-ın məlumatına görə, iyunun 7-də Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Vlaxovski ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Nazir həmçinin Slovakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.

Exit mobile version