Şəbəkənin yaydığı məlumatda İslam Respublikası məmurlarının məhbus etirazçılardan etiraf almaq və onları sonrakı aksiyalardan çəkindirmək üçün zorakılıq faktlarını lentə aldıqlarını bildirib.
Bundan əvvəl noyabrın 12-də dəfn mərasimi keçirilən azərbaycanlı gənc Yəlda Ağafəzli zindanda zorakılığa məruz qaldığı üçün sərbəst buraxıldıqdan sonra intihar etdiyi bildirilir.
Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli oktyabrın 6-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
11 noyabrda intihar edən gəncin zindanda qarşılaşdığı davranış və işgəncələrdən dolayı sarsıntı keçirdiyi deyilir.