
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 153 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 511 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 6 713 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 453 535 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 254 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 377 891 nəfər təşkil edir.