
Nigeriya sahillərində tim üzvləri dəniz quldurları tərəfindən qaçırılan 15 türkiyəli dənizçi İstanbulda Türkiyənin xarici işlər vəziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb. Bu barədə Türkiyə Xarici İşlər Vəzirliyi bilgi verib.
“Hurriyet” qəzetinin məlumatına görə, 21 gün dəniz quldurlarının əsarətində olduqlarını bildirən gəmi kapitanı Mustafa Kaya bir meşədə girov saxlandıqlarını, silahlı adamlar tərəfindən psixoloji basqılara məruz qaldıqlarını bildirib. Türkiyə Xarici İşlər Vəzirliyi tərəfindən uzunmüddətli müzakirələr aparıldıqdan sonra pul qarşılığında geri qaytarıldıqlarını qeyd edib. Xatırladaq ki, janviyənin 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılov Azərbaycana göndərilərək, doğulduğu Siyəzən rayonunda dəfn edilib.