Dünya

Cənubi Koreya prezidentinin ölkədən çıxışına qadağa qoyula bilər

Cənubi Koreya prezidenti Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyula bilər.

“ANT”-nın “Yonhap” agentliyinə istinadən məlumatına görə, bu barədə ölkənin Polis Departamentindən açıqlama verilib.

Bildirilib ki, buna səbəb ölkə başçısının qanunsuz olaraq hərbi vəziyyət rejiminin tətbiqi və dövlətə xəyanətlə bağlı ittihamlardır.

“Associated Press“in xəbərində isə müxalif Demokratik Partiyasının bu faktla bağlı müdafiə naziri də daxil olmaqla, 9 nəfər barəsində polisə müraciət etdiyi açıqlanıb.

Ölkə qanunlarına əsasən, prezidentin toxunulmazlıq hüququ məhz bu ittihamlara şamil edilmir.

Related Articles

Bir cavab yazın

Back to top button