ANT xəbər verir ki, Cənubi Afrika prezidentinin ofisindən verilən açıqlamada İsrailin Qəzza zolağında törətdiyi soyqırımla bağlı sübutların Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) təqdim edildiyi açıqlanıb.
“Sübutlar İsrailin hərəkətlərinin xüsusi bir soyqırım niyyəti üzərində qurulduğunu və İsrailin soyqırımın təbliği və həyata keçirilməsinin qarşısını ala bilmədiyini, soyqırımı təşviq edən və həyata keçirənləri cəzalandırmadığını göstərəcək”, – deyə açıqlamada bildirilib.
Məhkəməyə təqdim edilən faylın məzmunu açıqlanmasa da faylın 4 min səhifədən çox sübut və əlavə sənədlərlə dəstəklənən 750 səhifədən çox mətndən ibarət olduğu bildirib.
Fayllar, İsrailin əməliyyatları zamanı həlak olmuş on minlərlə fələstinlinin soyqırıma məruz qaldığına dair sübutları ehtiva edir.