Bərcam İranın atom enerjisiylə bağlı 5+1 ölkələriylə imzaladığı anlaşmanın adıydı. Həsən Ruhaninin hardasa 8 illik dönəmində Bərcam adı heç dillərdən düşmədi. Ruhaninin ən başarılı projəsi olaraq önə sürdüyü anlaşma Amerikanın çıxmasıyla kabusa donuşdu. Anlaşmaya əsasən İran atom Enerjisi projələrini ciddi dərəcədə azaldıb Dünya atom Enerjisi Ajansına nəzarət etmək haqqı verirdi. Qarşısında da başqa Amerika olmaqla birlikdə qərbin İrana qarşı təhrimləri qaldırıllacaqdı. O zaman İranda iki əsas fikir vardı. Birincisi Ruhani hökümətini ehmalkarlıqda suçlayan və Bərcamda ölkənin zərərinə olan maddələr danışılırdı. İkincisi də Bərcamı İranın bir böyük diplomasi başarısı kimi anlatırdı. Ancaq əsas soru budur ki İran bu illərdə hesabsız-kitabsız yatırdığı sərmayənin qarşılığında nə əldə etdi? İllərlə İran “atom Enerji mənim haqqımdır”- dedi, pulunu bu projəyə yatırdı ancaq bu gün görünür ki ölkəyə zərərdən başqa heç nə qazandırmadı.
Xameneyinin rolunu bütün bu olanların mərkəzində görmək lazım. İran hakimiyyəti 40 ildir hər zaman çalışıb İranı bir normal ölkə kimi göstərsin. Ancaq hamıya aydın məsələdir ki radikal sözlər deyib dünyaya meydan oxuyan Əhmədinejad da, yumuşaq siyasətdən danışan Ruhani də ancaq və ancaq Əli Xamneyinin dediklərini yerinə gətirirdilər. Necə ki keçmiş Xarici İşlər Vəziri Zərifdən yayımlanan səsdə açıq bir şəkildə Xarici İşlər vəzirliyinin heç bir işə qərar vermədiyinə etiraf etdilər.
İbrahim Rəisi dönəmi özəl bir siyasətlər yürüdüldü. Bəlkə də ən bariz özəllik Rəisi hökümətinin açıq bir şəkildə Əli Xamneyinin kölgəsi olmasıdır.
Ayrı önəmli bir məsələ də İranın içində durumun pis olmasıdır. Trump dönəminin təhrimləri İranı çox pis vəziyyətə saldı. Iraqdan Lübnana qədər harada ki İran var o ölkənin milləti İrandan nifrət edir. Iraq şiələrinin aylarca sürən etirazlarında Tehran hakimiyyətinə qarşı etirazlar bu məsələni açıq görsətdi. Habelə İran Qafqazda da hər zamankından daha gücsüz və yalqızdır. İkinci Qarabağ savaşında İran yenə məğlüb olan tərəfdə yer aldı və Azərbaycanla açıq düşmənliyə başladı.
Ölkə içində durum daha da çətindir. İran iqtisadi durumu sözün həqiqi mənasında çöküb. Bu da İranın zəyifləməsi anlama gəlir. Bununla birlikdə iqtisadi çətinliklərdən doğan narazılıqlar hər an ölkədə yeni etirazların başlamasına səbəb ola bilər. İran hər zaman olduğu kimi etirazları qanla basdırsa da millətin küçələrə tökülməsindən son dərəcə qorxur. Ona görə də məcburən danışıqlara oturub məsələni həl eləməyə çalışır.
Ötən günlərdə İran xarici işlər vəzirliyi müzakərələrə başladı. Müzakərələrin özəl nümayəndəsi yeni dönəm danışıqların gələn ayın sonuna qədər olacağını bildirdi. Ancaq maraqlı olan bu ki bu dəfə Amerika keçmişdə olduğu kimi həvəsli deyil. Amerika və Avropa ölkələri əlbəttə məsələnin bitməsini istəyirlər ancaq keçmişdə olduğu bu proses ləngiyir. Bu durumda zaman İrana qarşı işləyir.
bu dönəmdə yenə Xamneyi bütün iddialarına rəğmən yenə məğlubiyyəti qəbul edib yeni danışıqlara başlamaq məcburiyyətində qalıb. hər dəfə olduğu kimi bu dəfə də hakimiyyətin inadının bədəlini millət ödüyür.