Zahidan şəhərindəki Məkki məscidinin kameramanları Əbdülnəsir Şahbax və Üsamə Şahbax barədə çıxarılmış 1 ilədək həbs qərarı apellyasiya məhkəməsində təsdiqlənib. Səhifənin məlumatına istinadən, onların qərar barədə qaldırdıqları vəsatət qəbul olunmayıb.
Kameramanlar cari ilin yanvarında qiyabi iclas vasitəsilə Zahidan şəhər Məhkəməsinin Birinci Şöbəsi tərəfindən 1 ilədək həbsə məhkum olunublar.
Onların nədə ittiham olduqları barədə məlumat yoxdur.