Aprelin 20-də Sulduz türklərinin silahlı kürd qruplaşmaları tərəfindən qətliamının 44-cü ildönümündə keçirilən idman yarışında milli fəallar və yerli əhali terrorizmi qınayıb, azərbaycanlılara qarşı qətliamı pisləyib.
“Bu torpaqdan pay olmaz, Sulduz Kürdüstan olmaz”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Yaşasın Azərbaycan”, “türk dilində mədrəsə, olmalıdır hər kəsə” və başqa bu kimi şüarlar səsləndiriblər.
Oxşar aksiya ərdəbil və Makı şəhərlərində də keçirilib və azərbaycanlılar kürd silahlı dəstələrinin torpaq iddialarına qarşı şüarlar səsləndiriblər.