İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusuna 2020-ci il dövlət büdcəsindən ayrılan vəsait 15 trilyon tüməndən 18 trilyon 315 milyard tümənədək artırılıb.
484 trilyon tümənlik dövlət büdcəsinin 2% kəsrə getməsinə rəğmən, orduya ayrılan büdcənin 22% artırılması etiraz doğurub.
Qeyd edək ki, İnqilab Keşikçiləri korpusunda 150 min əsgər var. Quru, dəniz və hava hücumundan müdafiə qoşunlarından ibarət İran ordusunda isə ümumilikdə, 400 min əsgər xidmət edir.
Xatırladaq ki, 15 noyabrda benzinin 3 qat bahalaşması İran miqyasında etirazlara səbəb olmuşdu. ABŞ sanksiyalarından sonra daha da yoxsullaşan xalq, bankları və yanacaqdoldurma məntəqələrini yandırıb. Etirazlar zamanı 208 nəfər ölüb.(publika.az)