Azərbaycan

Bu gün Quzey Azərbaycanda Vətən müharibəsinin bitməsindən 3 il ötür  

10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanata əsasən, Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunmuşdur.

Bəyanat Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmışdır.

Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Quzey Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı.

Araz çayının digər tərəfində olan güney azərbaycanlılar İkinci Qarabağ müharibəsi dövründə Quzey Azərbaycan Ordusuna həm meydanlarda, həm mediada dəstək olublar. Hətta həmin müharibə ilə bağlı güney azərbaycanlı yazıçı Məhsa Mehdilinin “44 günlük Qarabağ savaşında Güney Azərbaycan” kitabı nəşr olunub

Related Articles

Bir cavab yazın

Back to top button