Site icon Aznews TV

Bu gün Quzey Azərbaycanda Vətən müharibəsinin bitməsindən 3 il ötür  

Bəyanat Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmışdır.

Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Quzey Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı.

Araz çayının digər tərəfində olan güney azərbaycanlılar İkinci Qarabağ müharibəsi dövründə Quzey Azərbaycan Ordusuna həm meydanlarda, həm mediada dəstək olublar. Hətta həmin müharibə ilə bağlı güney azərbaycanlı yazıçı Məhsa Mehdilinin “44 günlük Qarabağ savaşında Güney Azərbaycan” kitabı nəşr olunub

Exit mobile version