Azərbaycan

Bu gün Quzey Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramı Günüdür

1926-cı ilin 6 noyabr tarixində Quzey Azərbaycanda ilk dəfə radio verilişləri yayımlanmışdır.

Azərbaycan Televiziyası isə 1956-cı ildən fəaliyyətə başlayıb.

Güney Azərbaycanda ilk radio stansiyasının əsası hələ 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur, ilk televiziya stansiyası isə 1972-ci ildə yaradılmışdır.

1980-ci ildə Azərbaycan radiosunun İran redaksiyasının bazasında müstəqil Güney Azərbaycan redaksiyası yaradılmışdır. Bu, güney azərbaycanlıların öz ana dillərini və milli-mənəvi dəyərlərini unutmamalarında və Quzey Azərbaycanla əlaqələrin güclənməsində təsirli  rol oynamışdır.

Hazırda İranın ərazisində “Səhər Azəri” TV kanalından başqa, heç bir azərbaycandilli kanal fəaliyyət göstərmir. Kanal İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılsa da, Azərbaycan Respublikasına qarşı əks-təbliğat xarakteri daşıyır.

“Səhər Azəri” TV Azərbaycan Prezidenti və xalqının ünvanına davamlı olaraq, hədyanlar yağdırır. “Səhər Azəri” Quzeydə yaşayan müxtəlif xalqların adlarından istifadə edərək, Azərbaycanın əleyhinə fəaliyyətini davam etdirir.

Molla rejimi unutmamalıdır ki, onun apardığı çirkli siyasət Güneydə və Quzeydə yaşayan soydaşlarımızı ayıra bilməz!

Related Articles

Bir cavab yazın

Back to top button