Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Bu gün İranda prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçiriləcək.

İkinci turda birinci turun qalibi azərbaycanlı millət vəkili, sabiq nazir Məsud Pezeşkian və dini lider Əli Xameneinin TŞ-dəki nümayəndəsi Səid Cəlili mübarizə aparacaq.

Ötən gün yayılan son sorğuya görə, Məsud Pezeşkian ikinci turda da favorit hesab edilir. Belə ki, respondentlərin 52%-i Pezeşkianın prezident olmasını dəstəklədiklərini bildirib.

İranda 61 milyon 452 mindən çox seçici var. Seçki prosesində 60 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.

Seçki məntəqələrinin 18:00-da bağlanacağı bildirilsə də, səsvermənin uzadılacağı ehtimalı yüksəkdir. Belə ki, birinci turda səsvermə müddəti gecə yarısına qədər uzadılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button