İran

BU GÜN 1 XURDADDIR

1385-ci il Xordad qiyamınayeni bir baxış

Hər bir xalqın tarixində unudulmaz səhifələr olub.Quzeyli –güneyli Azərbaycan millətini tarixi taleyi də Türkəmənçay ilə Gülüstan müqaviləsindən sonra açınacaqlı və həsrətli günlər yaşayıb. Ancaq heç zaman milli ruhiyədən boşalmayıb. Quzeydə İstalinilə bərabər Güneydə də Pəhləvilərin cinayətlərinə məruz qalan azərbaycan milləti eləcə də fərqili həyat yaşamayıblar .Dünya gedişatı və keçmiş Şürəvinin dağılması quzey Azərbaycanın müstəqilliyinə səbəb olsa da, Şurəvi çağı bir çox milli mubariz şair, Yazıçı və siyasətçilərimizin işkəncə, həbs və ölümləri bahasına başa gəlib. Güney Azərbaycanda da oxşar tale bu günə qədər yaşanır. Bu fərqilə ki, dünya süpergüclərinin qazancı səbəbindən Tehran hakimiyyəti türk xalqına basqılarını davam etdirir. Yer yurdlarımızın türkcə adını farslaşdırır, Milli düşüncəli ziyalılarımızı bir başa və ya dolayıdan həbs, işkəncə və nəhayət həzf edir. Təbii sirvətimizi talayır və fars bölgələrinə daşıyır. Bunlarla yanaşı Fərhəngi sahələrdə özəlliklə türklərin tarixi və dilini təhrif edib aşağılamaqda sistematik cinayətlərlə məşğuldur. Bu kimi çirkin cinayətlərin ən önəmlisindən biri, Məhmud Əhmədi Nəjad prezident olan çağı 1385-ci il Ordibehiş ayının 22-də dövlətin rəsmi orqanı” İran” gündəliyi və ya ruznaməsinin uşaqlar səhifəsində Süsəri və ya böcək Karikatorunun çap edilməsi idi. Bu iş illər boyu Fars irqiçiliyindən əzilib incimiş millətimizin tam mənada üsyanına səbəb oldu. Bütün danişqahlardan tutmuş əkinçilərə qədər Azərbaycanın və hətta Tehranla Azərbaycan torpağından qıraqda yaşayan Türklərimizin etirazı və ayağa qalxmaları, Şevonist, pan irançı düşüncənin yüzillik planlarını pozdu və Azərbaycanımızın milli mubarizə hərəkatını umum Xalqımızara sevdirib dəstəyini qazandı. Bu hərəkətdə elə səhnələr yaranıb yaşandı ki, sözlə demək olmaz. Özəlliklə Azərbaycanımızın cavanları gerçəkdən həmasə yaradıb və Bakı da qanlı janviyənin güney nüsxəsini sərgilədilər. Milyonlarla insanın birlik numayişi dünyanı heyrətləndirdi. minlərlə həbs vətəndaşımız həbs edildi, onlarla şəhid verdik. Amma Qəddar və şevonisti fars hakimiyyətinin çirkin oyunlarını pozduq. Xurdad şəhidləri və məhbuslarımızın xatirələrin əzizləyib və milli mucadiləmizə davam edirik.

Related Articles

Bir cavab yazın

Back to top button