Dünyaİran

Britaniya SEPAH-a qarşı sanksiyaları genişləndirdi

Böyük Britaniya SEPAH-a qarşı yeni sanksiyalar tətbiq edib.

Böyük Britaniya İranın bir qurumuna və 3 fiziki şəxsə sanksiya tətbiq edib.

Bildirilib ki, Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin 700-cü bölməsinə və İran hökumətinin düşmənçilik fəaliyyətində iştirak edən üç iranlı şəxsə qarşı sanksiyalar tətbiq edib.

Qüds qüvvələrinin yüksək rütbəli bölmə komandiri Behnam Şəhriyari, İranın kosmik agentliyinin keçmiş rəhbəri və SEPAH Qüds qüvvələrinin bölmə komandiri Həmid Fazeli və SEPAH generalı Əbdülfəttah Ənvazian sanksiya tətbiq olunan şəxslər arasında yer alırlar.

Sanksiyalara əsasən onların Britaniyaya səyahət etmələrinə qadağa qoyulur və maliyyə aktivləri dondurulur.

Related Articles

Bir cavab yazın

Back to top button